Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi toplantısı çərçivəsində İstanbulda səfərdə olan Təşkilatın baş katibi Kubanıçbek Ömürəliyevi və üzv ölkələrin xarici işlər nazirlərini qəbul edib.
Primeinfo.az xəbər verir ki, bu haqda “TRT Haber” məlumat yayıb.
Qəbulda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Özbəkistanın xarici işlər naziri Bəxtiyor Saidov, Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayev və Qazaxıstanın xarici işlər nazirinin müavini Alibek Bakayev iştirak edib.
Honored and humbled to be received by H.E. @RTErdogan, President of the Republic of #Türkiye, in Dolmabahce Palace, on the sidelines of Informal Meeting of the Council of Foreign Ministers of the Organization of Turkic States.
We expressed our deepest gratitude for the excellent… pic.twitter.com/Rqmlzxq32a
— Jeyhun Bayramov (@Bayramov_Jeyhun) March 7, 2026
