Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək məqsədilə mayın 18-də Azərbaycan Respublikasına gəlib. Primeinfo.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı rəsmi şəxslər qarşılayıblar.
Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin qeyri-hökumət təşkilatlarının II Həmrəylik Forumu keçirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasına işgüzar səfəri başa çatıb.
Türkçülük Gününə gətirən proseslər 1942-ci ildən başlayıb. Belə ki, həmin dövrdə Türkiyənin Baş naziri milli düşüncə sahibi Şükrü Saraçoğlu olsa da, dövlət məmurları arasında kommunistlərin də sayı az olmayıb.
Xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib və çıxış edib. Primeinfo.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi “X” sosial media hesabında paylaşım edib. Qeyd olunub ki, nazir qlobal geosiyasi parçalanmanın genişləndiyi və davam edən münaqişələrin fonunda regional əməkdaşlığın artan əhəmiyyətini vurğulayıb.
Avrasiyada sülh və sabitliyin təminatçısı kimi gördüyümüz Türk Dövlətləri Təşkilatını hər keçən gün daha da gücləndiririk.
Qarabağın və Şərqi Zəngəzurun bərpasında yenə də bizim yanımızda qardaş ölkələrdir. Primeinfo.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin görüşünün iştirakçılarını qəbul edərkən bildirib. Dövlətimizin başçısı vurğulayıb: “Biz də öz növbəmizdə hər zaman lazım olan dəstəyi göstərməyə hazırıq və bunu edirik.
Təşkilatımızın gələcək inkişafı ilə bağlı növbəti addımlar atılacaq.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İstanbul şəhərində Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası çərçivəsində Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Omuralıyev ilə görüşüb. Primeinfo.az xəbər verir ki, görüş zamanı Yaxın Şərqdə mövcud təhlükəsizlik vəziyyəti və regionda müşahidə olunan eskalasiya ilə bağlı fikir mübadiləsi aparılıb. İran İslam Respublikası ərazisindən Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisinə qarşı həyata keçirilmiş dron hücumları pislənilib, bu hərəkətlərin beynəlxalq hüququn norma və prinsiplərinə zidd olmaqla yanaşı, regionda gərginliyin artmasına xidmət etdiyi bildirilib.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İstanbul şəhərində keçirilən Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak və çıxış edib.