Xəbər axtarın

Son axtarış nəticələri:

Zəvvarlarımız Həcc ziyarətinə yola düşdü

17.05.2026 12:35

Zəvvarlarımız Həcc ziyarətinə yola düşdü

Bu gün ilk zəvvar qrupları Azərbaycandan Həcc ziyarətinə yola düşüb.

Primeinfo.az xəbər verir ki, bu barədə Modern.az-a Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.

O bildirib ki, ümumilikdə zəvvarları Həcc ziyarətinə 7 təyyarə aparacaq. Sonuncu zəvvar təyyarəsi mayın 21-də Heydər Əliyev Beynəlxalq Aeroportundan havaya qalxacaq.

“Hər təyyarədə 4 zəvvar qrupu olmaqla 180 nəfər olacaq”, – o vurğulayıb.

Qeyd edək ki, Həcc mövsümündə bir nəfər üçün ziyarət paketinin qiyməti 6100 ABŞ dolları müəyyən edilib.

Paylaş: