Xəbər axtarın

Son axtarış nəticələri:

Malavili nümayəndə: Azərbaycan urbanizasiya sahəsində inkişaf etməkdə olan ölkələr üçün nümunə ola bilər - VİDEO

17.05.2026 15:20

Malavili nümayəndə: Azərbaycan urbanizasiya sahəsində inkişaf etməkdə olan ölkələr üçün nümunə ola bilər - VİDEO

Azərbaycan urbanizasiya və infrastrukturun müasirləşdirilməsi sahəsində digər inkişaf etməkdə olan ölkələr üçün mühüm nümunə ola bilər.

Primeinfo.az xəbər verir ki, bu sözləri BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən, Malavinin Torpaq, Mənzil və Şəhərsalma Nazirliyinin Mənzil departamentinin direktoru Vezzi Madzi deyib.

O qeyd edib ki, Azərbaycanda son illərdə həyata keçirilən inkişaf layihələri və şəhərsalma təcrübəsi diqqətçəkəndir. Forum iştirakçıları bu təcrübəni öyrənərək öz ölkələrində tətbiq edə bilərlər. Azərbaycanın şəhərlərin modernləşdirilməsi və infrastrukturun inkişafı sahəsindəki modeli digər inkişaf etməkdə olan ölkələr üçün də faydalı ola bilər.

O, həmçinin Azərbaycan xalqının qonaqpərvər və yardımsevər olduğunu qeyd edib, gələcəkdə ölkələr arasında əlaqələrin daha da inkişaf edəcəyinə ümid etdiyini bildirib.

Paylaş: