Xəbər axtarın

Son axtarış nəticələri:

Əbu-Dabidə atom elektrik stansiyası VURULDU

17.05.2026 16:03

Əbu-Dabidə atom elektrik stansiyası VURULDU

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əl-Dafra bölgəsində yerləşən “Baraka” atom elektrik stansiyasında pilotsuz uçuş aparatının (PUA) zərbəsi nəticəsində elektrik generatorunda yanğın baş verib.

Primeinfo.az “Al-Jazeera” telekanalına istinadən verdiyi məlumata görə, hadisə regionda ciddi rezonans doğurub.

Əbu-Dabi əmirliyinin Media Ofisindən verilən rəsmi açıqlamada bildirilir ki, yanğın AES-in daxili perimetrindən kənarda qeydə alınıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb və radiasiya təhlükəsizliyi üçün hər hansı bir təhdid mövcud deyil.

Paylaş: