Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: şəhərsalma

ADSEA Yasamal parkı ərazisində sərgi təşkil etdi

ADSEA Yasamal parkı ərazisində sərgi təşkil etdi

2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunması münasibətilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən Yasamal parkı ərazisində tarixi su təsərrüfatı obyektlərinə baxış sərgisi təşkil olunub. Primeinfo.az xəbər verir ki, Azərbaycan Respublikasında həyata keçirilən genişmiqyaslı quruculuq siyasəti, xüsusilə də ölkə Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında” Sərəncamı ilə şəhərsalma, memarlıq irsinin qorunması və müasir infrastrukturun formalaşdırılması istiqamətində yeni inkişaf mərhələsinə qədəm qoyub. Dövlət siyasətinin əsas prioritetlərindən biri də strateji əhəmiyyət daşıyan su təsərrüfatı sahəsində müasir yanaşmaların tətbiqi, tarixi irsin qorunması və memarlıq dəyərlərinin yaşadılmasıdır.

YAFSA-nın təsisçisi: "Şəhərləşmənin yaratdığı çağırışlara hazır olmalıyıq"

YAFSA-nın təsisçisi: "Şəhərləşmənin yaratdığı çağırışlara hazır olmalıyıq"

Yaxın gələcəkdə əhalinin 70 faizi şəhərlərdə yaşayacaq və onların da əksəriyyətini uşaqlar və gənclər təşkil edəcək. O səbəbdən də belə vəziyyətin yaradacağı çağırışlara cavab verməyə hazır olmalıyıq. Primeinfo.az verir ki, bunu BMT-nin UN-Habitat Gənclər Məşvərət Şurasının üzvü Gənc Afrikalılar Dayanıqlı Afrika Uğrunda (YAFSA) təşkilatının təsisçisi və icraçı direktoru Jonathan Some Uşaq və Gənclər Assambleyasında çıxışı zamanı deyib.

WUF13 başladı

WUF13 başladı

Budəfəki sessiya “Hər kəs üçün yaşayış yerləri: Təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunub.

Xankəndidə 3-cü Milli Şəhərsalma Forumu işə başlayıb

Xankəndidə 3-cü Milli Şəhərsalma Forumu işə başlayıb

Bu gün Xankəndi şəhərində 3-cü Milli Şəhərsalma Forumu işə başlayıb. Forum “İqlimədavamlı və sağlam şəhərlərə doğru: regional tərəfdaşlıqlar və innovativ həllər” mövzusunda keçirilir. Primeinfo.az xəbər verir ki, tədbir Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı (“UN-Habitat”) ilə tərəfdaşlığı çərçivəsində reallaşır.