
Türkiyənin məşhur müğənnisi Haluk Levent Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində konsert proqramı ilə çıxış edib.
Primeinfo.az xəbər verir ki, o, sessiya iştirakçıları üçün sevilən musiqi əsərlərini səsləndirib.
Konsert iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Haluk Levent daha sonra jurnalistlərə açıqlamasında dayanıqlı şəhərlərin əhəmiyyətindən danışıb:
“Güvənli və gözəl şəhərlərin bir gün fəlakətlərlə üzləşə biləcəyini Türkiyədə Ahbap Dərnəyinin rəhbəri olaraq yaşadım. Sağlam infrastruktur olmadan binalar tikilməməlidir, bu çox vacib məqamdır. Qanun və normativlərə uyğun tikililər şəhərlərin gözəlliyi, təhlükəsizliyi üçün çox vacibdir. Şəhərlər insanlara xoşbəxtlik və rahatlıq verməlidir, əgər belə deyilsə o şəhər ruhsuz və ölüdür. İnsanların nəfəs ala bildiyi, ətraf mühitin qorunduğu şəhərlər qurulmalıdır”.
Haluk Levent payızda Bakıda konsert verəcəyini də bildirib:
“Sentyabr ayında Bakıda konsertim olacaq. Qarabağa da getmək, orada konsert vermək istəyirəm”.
