
Çin və ABŞ kənd təsərrüfatı sektoru da daxil olmaqla, ticarət əməkdaşlığını genişləndirmək məqsədilə bir sıra mallara tətbiq edilən rüsumların qarşılıqlı şəkildə azaldılması barədə razılığa gəliblər.
Primeinfo.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi Çin Ticarət Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.
Sənəddə tərəflərin tarif məhdudiyyətlərinin yumşaldılması barədə qərar qəbul etdiyi bildirilir. Lakin rüsumların azaldılacağı malların dəqiq siyahısı hələlik açıqlanmır – təfərrüatlara dair danışıqlar davam edir.
Həmçinin Çinin ABŞ-dən təyyarə almağı planlaşdırdığı təsdiqlənib, lakin hava gəmilərinin sayı və növü barədə dəqiq məlumat verilmir.