
Amerika Birləşmiş Ştatları və Çin ticarət-iqtisadi əlaqələrdə mövcud sabitliyin qorunub saxlanılması və bir sıra istiqamətlərdə praktiki əməkdaşlığın daha da inkişaf etdirilməsi barədə ortaq məxrəcə gəliblər.
Primeinfo.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Xinhua” agentliyi məlumat yayıb.
Bildirilib ki, bunu Çin dövlətinin başçısı Si Cinpin Pekində hökumət iqamətgahında ABŞ Prezidenti Donald Trampla keçirilən görüş zamanı deyib.
“Dövlətlərimiz arasında strateji baxımdan dayanıqlı və konstruktiv əlaqələrin formalaşdırılması məqsədilə yeni mövqe təyin etdik. Eyni zamanda, sabit iqtisadi və ticari münasibətlərin təmin olunması, fərqli sahələrdə praktiki əməkdaşlığın genişləndirilməsi, həmçinin qarşılıqlı narahatlıq doğuran məsələlərin müvafiq qaydada həlli üzrə mühüm konsensus əldə etdik.
Bundan əlavə, regional və beynəlxalq məsələlərdə koordinasiya və əlaqələrin gücləndirilməsi barədə razılaşdıq”, – deyə Çin rəhbəri vurğulayıb.