Xəbər axtarın

Son axtarış nəticələri:

Moskvaya DƏHŞƏTLİ HÜCUM: Ölənlər və yaralılar var – Zelenskidən SON XƏBƏRDARLIQ – VİDEO

17.05.2026 17:03

Moskvaya DƏHŞƏTLİ HÜCUM: Ölənlər və yaralılar var – Zelenskidən SON XƏBƏRDARLIQ – VİDEO

Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) “Alfa” xüsusi əməliyyat mərkəzinin döyüşçüləri Ukrayna Müdafiə Qüvvələri ilə birgə Rusiyanın Moskva vilayətindəki hərbi-sənaye kompleksi obyektinə və neft müəssisələrinə, həmçinin Krımdakı “Belbek” hərbi aerodromunun infrastrukturuna və HHM (Hava Hücumundan Müdafiə) sistemlərinə zərbələr endirib.

Primeinfo.az xəbər verir ki, bu barədə UTX rəhbəri Yevgeni Xmara bildirib.

UTX rəhbərinin sözlərinə görə, Moskva vilayətində Rusiyanın hərbi-sənaye kompleksi üçün yarımkeçiricilər tədarük edən və ABŞ-nin sanksiyalar siyahısında olan “Angstrem” zavodu, Moskva Neft Emalı Zavodu (NEZ), həmçinin “Solneçnogorskaya” və “Volodarskaya” neft nasos stansiyaları hədəfə alınaraq vurulub.

Eyni zamanda, Krımda yerləşən “Belbek” hərbi aerodromunun infrastrukturuna və HHM vasitələrinə zərbələr endirilib.

Hücum nəticəsində konkret olaraq aşağıdakı hərbi obyektlər və texnikalar sıradan çıxarılıb:

“Pantsir-S2” zenit-raket kompleksi;

S-400 kompleksinə aid radarın yerləşdiyi anqar;

“Orion” PUA-larının (Pilotsuz Uçuş Aparatı) idarəetmə sistemi və “Forpost” PUA-larının yerüstü idarəetmə stansiyası;

“Yerdən-göyə” tipli məlumat ötürmə məntəqəsi;

Aerodromun dispetçer qülləsi və hərbi anqar.

“UTX-nin bu cür xüsusi əməliyyatları Rusiyanın hərbi potensialının zəiflədilməsi baxımından kritik əhəmiyyət kəsb edir. Hərbi-sənaye kompleksi müəssisələrinin, hərbi infrastrukturun və neft logistikasının sıradan çıxarılması düşmənin Ukraynaya qarşı müharibəni davam etdirəcək imkanlarını azaldır. Bu zərbələr nümayiş etdirir ki, hətta ən güclü şəkildə qorunan Moskva vilayəti belə təhlükəsiz deyil. UTX və Ukrayna Müdafiə Qüvvələri düşmənin hərbi resurslarının məhv edilməsinə yönəlmiş yüksək dəqiqlikli xüsusi əməliyyatları bundan sonra da davam etdirəcək”, – deyə UTX rəhbəri Yevgeni Xmara vurğulayıb.

Ukrayna prezidenti Volodimir Zelenski də öz növbəsində Ukrayna Silahlı Qüvvələrinə və UTX-yə göstərdikləri dəqiqliyə, həmçinin Rusiyanın Moskva vilayətinə endirilən zərbələrə görə təşəkkür edib.

“Rusiyanın müharibəni uzatmasına, şəhərlərimizə və yaşayış məntəqələrimizə endirdiyi zərbələrə verdiyimiz cavablar tamamilə ədalətlidir. Biz açıq şəkildə bəyan edirik: onların dövləti bu müharibəyə son qoymalıdır. Ukraynanın dron və raket istehsalçıları öz işlərini davam etdirirlər. Sərrastlığa görə UTX-yə və bütün Ukrayna Müdafiə Qüvvələrinə minnətdaram. Ukrayna dövlət sərhədindən olan məsafə 500 kilometrdən çoxdur”, – deyə Zelenski bildirib.

Ukrayna lideri xüsusilə vurğulayıb ki, Rusiyanın HHM vasitələrinin ən sıx cəmləşdiyi yer məhz Moskva vilayətidir, lakin Ukrayna ordusu bu müdafiə səddini yarmağı bacarıb.

Paylaş: