Xəbər axtarın

Son axtarış nəticələri:

Şri -Lankalı nazir: Müzakirələr şəhərsalma sahəsində yeni yanaşmaların formalaşmasına töhfə verir

17.05.2026 15:23

Şri -Lankalı nazir: Müzakirələr şəhərsalma sahəsində yeni yanaşmaların formalaşmasına töhfə verir

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası mənzil siyasətinin təkmilləşdirilməsi və beynəlxalq təcrübənin öyrənilməsi baxımından hər bir ölkə üçün mühüm əhəmiyyət daşıyır.

Primeinfo.az xəbər verir ki, bu sözləri BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Şri -Lankanın mənzil, tikinti və su təchizatı naziri Herat Mudiyanselaqe Ranasinqe deyib.

Nazir qeyd edib ki, forum çərçivəsində aparılan müzakirələr dayanıqlı şəhərsalma, münasib mənzil təminatı və urbanizasiya sahəsində yeni yanaşmaların formalaşmasına töhfə verir. Onun sözlərinə görə, belə platformalar ölkələr arasında əməkdaşlığın genişlənməsinə və uğurlu təcrübələrin paylaşılmasına imkan yaradır.

Paylaş: