Xəbər axtarın

Son axtarış nəticələri:

Bayraqqaldırmada şəhid övladları da iştirak etdi - FOTO

17.05.2026 18:45

Bayraqqaldırmada şəhid övladları da iştirak etdi - FOTO

Bu gün Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) açılış mərasimində Vətən uğrunda canından keçən qəhrəmanlarımızın əziz övladları da iştirak ediblər.

Primeinfo.az xəbər verir ki, bu barədə “ZƏFƏR Şəhid Ailələrinə Dəstək” İctimai Birliyi məlumat yayıb.

Bildirilib ki, Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Anar Əliyevin oğlu Əli Əlizadə və Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin şəhid baş giziri, qrup komandiri Camal İsmayılovun qızı Əsnad İsmayılzadə forumun açılış mərasimində bayraqqaldırma mərasimində yer alıblar.

Bayraqqaldırmada şəhid övladları da iştirak etdi - FOTO Bayraqqaldırmada şəhid övladları da iştirak etdi - FOTO

Paylaş: