
Amerikalı jurnalistlərə Çində verilən telefonlar, nişanlar, ümumiyyətlə, hər şey müsadirə edilib və onlar ABŞ-yə uçuşdan əvvəl zibil qutusuna atılıb.
Primeinfo.az xəbər verir ki, bu barədə “Nyu-York Tayms” qəzetinin müxbiri Emili Qudin məlumat verib. O, ABŞ prezidenti Donald Trampın Çinə səfərini işıqlandıran amerikalı jurnalistlərdən biri olub və baş verən hadisəni öz gözü ilə görüb.
Jurnalist bildirib ki, müsadirə amerikalı təhlükəsizlik işçiləri tərəfindən həyata keçirilib.
“Onlar Çin rəsmilərinin Air Force One (1 nömrəli təyyarə – ABŞ prezidentinin təyyarəsi belə adlanır) təyyarəsinə minməzdən əvvəl bizə verilən hər şeyi götürüb pilləkənlərin altındakı zibil qutusuna atdılar. Təyyarəyə Çindən heç nə götürməyimizə icazə vermədilər”, – Qudin deyib.
Bu davranışın səbəbi aydındır: ABŞ çoxdandır Çini texnoloji avadanlıqlar izləmə çipləri yerləşdirməkdə, texologiua casusluğu ilə məşğul olmaqda ittiham edir.
Bundan başqa, böyük ehtimalla təhlükəsizlik işçiləri ABŞ ilə münasibətləri dostcasına olmayan ölkədə verilmiş hər hansı cihazın və digər əşyaların göyün yeddinci qatıyla uçan təyyarədə təhlükəli ola biləcəyini düşünüblər.