Xəbər axtarın

Son axtarış nəticələri:

İlham Əliyev İran səfirliyində olub, başsağlığı verib - FOTO

04.03.2026 13:05

Azərbaycan Prezidenti İlham Əliyev martın 4-də İranın səfirliyində olub, İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamneyinin və bir çox mülki şəxslərin həlak olması ilə əlaqədar başsağlığı verib.

Primeinfo.az xəbər verir ki, İranın səfiri Müctəba Dəmirçilu dövlət başçısını qarşılayıb.

Azərbaycan Prezidenti matəm kitabına ürək sözlərini yazıb.

Sonra dövlət başçısı səfirlə söhbət edib.

Prezident İlham Əliyev İrana səfərləri zamanı Ayətullah Seyid Əli Xamneyi ilə görüşlərini həmişə ən xoş təəssüratlarla xatırlayacağını deyib.

Müctəba Dəmirçilu səfirliyə gələrək başsağlığı verdiyinə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.

Paylaş: