
İran Naxçıvan aeroportunu raketlərlə vurub.
Primeinfo.az xəbər verir ki, bu barədə jurnalist Heydər Oğuz sosial şəbəkədə bildirib.
O, atışların davam etdiyini qeyd edib:
“İndiyədək aeroporta ən azı 3 raket atılıb”.
İran ərazisindən uçan dron aeroportun binasına düşərək partlayıb.
H.Oğuzun sözlərinə görə, Naxçıvan aeroportunun İran tərəfindən vurulması təsadüfi deyil:
“Naxçıvana yeganə nəqliyyat yolu aeroport üzərindəndir. Görünür, molla rejimi Azərbaycana “sizi içindən çıxa bilməyəcəyiniz blokadaya sala bilərik” mesajı verir.
Hadisə ilə bağlı rəsmi açıqlama verilməyib.
