
“İranın parçalanması ehtimalı üç ssenaridən biridir. ABŞ ya rejimi tamamilə dəyişəcək ki, bu da onlar üçün ən uğurlu ssenaridir. Ya rejimi zəiflədəcək və Venesuela kimi sözəbaxan edəcək. Bu da ABŞ üçün münasib variantlardan biridir. Bütün bunlar alınmadıqda isə müharibə İranın parçalanmasına gətirib çıxaracaq”.
Primeinfo.az xəbər verir ki, bu fikirləri Prime TV-nin “Qırmızı masa” verilişində “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.
“İranın parçalanması məsələsində mümkündür ki, İsrail və ABŞ arasında müəyyən fikirayrılıqları olsun. Düşünürəm ki, Amerikadan fərqli olaraq, İsrail İranın parçalanmasında maraqlıdır”, – deyə o əlavə edib.
Davamı “Qırmızı masa”da: