
“İran ordusu tərəfindən Türkiyə torpaqlarına doğru raket atılmayıb”.
Primeinfo.az “TRT Haber”ə istinadən bildirir ki, bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargahı açıqlama yayıb.
Məlumatda deyilir ki, İran Silahlı Qüvvələri Türkiyənin suverenliyinə hörmət edir:
“Regiondakı hərbi fəaliyyət Türkiyəni hədəf almır və İran tərəfindən Türkiyə torpaqlarına yönəlmiş heç bir raket buraxılmayıb”.
Qeyd edək ki, martın 4-də İrandan atılaraq İraq və Suriya hava məkanını keçdikdən sonra Türkiyə hava məkanına yönəldiyi müəyyən edilən bir ballistik raket Şərqi Aralıq dənizindəki NATO hava və raketdən müdafiə vasitələri tərəfindən zərərsizləşdirilib.