
“İranın təyin etdiyi istənilən lider açıq hədəf olacaq və aradan qaldırılacaq”.
Primeinfo.az xəbər verir ki, bu sözləri İsrailin müdafiə naziri İsrael Katz “X” hesabında bildirib.
O qeyd edib ki, İran tərəfindən İsraili məhv etməyi, ABŞ-ni və azad dünyanı, region ölkələrini təhdid etməyi və İran xalqını təzyiq altında saxlamağı davam etdirmək üçün təyin edilən lider açıq hədəf olacaq və aradan qaldırılacaq:
“Onun adı nə olursa-olsun və harada gizlənirsə-gizlənsin, heç bir fərqi yoxdur. Biz amerikalı tərəfdaşlarımızla birlikdə rejimin imkanlarını dağıtmaq və İran xalqının onu devirmək və başqa bir hakimiyyətlə əvəz etmək üçün şərait yaratmaq məqsədilə tam gücümüzlə fəaliyyətimizi davam etdirəcəyik”.