Xəbər axtarın

Son axtarış nəticələri:

NİİM: Bu cür qəzaların çox hissəsi ölüm və xəsarətlə nəticələnir - VİDEO

05.03.2026 12:24

 

Paytaxtın Səbail rayonu, Dənizkənarı yolu, Bibiheybət məscidinin qarşısında, mərkəz istiqamətində hərəkətdə olan minik avtomobili ilə “Lökbatan” dairəsi istiqamətində hərəkət edən motosikletin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Primeinfo.az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Bildirilib ki, bəzi hallarda ikitəkərli nəqliyyat vasitələrinin sürücüləri yol hərəkəti qaydalarına əməl etsələr belə, digər sürücülərin törətdikləri qayda pozuntuları nəticəsində yol-nəqliyyat hadisələri baş verir. Bu cür qəzaların çox hissəsi ölüm və xəsarətlə nəticələnir.

“Sürücülər bilməlidirlər ki, qəzalar və onların ağır nəticələrinin qarşısını almaq üçün yol hərəkəti qaydalarına ciddi riayət olunmalı, yollarda yüksək məsuliyyət nümayiş etdirilməlidirlər”, – deyə məlumatda vurğulanıb.

Paylaş: