Xəbər axtarın

Son axtarış nəticələri:

Sabirabadda qadın 14 kq narkotiklə tutuldu

05.03.2026 11:08


Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən 25 yaşlı A. Kərəmova saxlanılıb.

Primeinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, ondan 14 kiloqramdan artıq narkotik vasitə olan marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Paylaş: