Xəbər axtarın

Son axtarış nəticələri:

Xamneyi ilə vida mərasimi başlayır, 3 gün davam edəcək

04.03.2026 11:53

Bu gün İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamneyi ilə vida mərasimi başlayacaq.

Primeinfo.az xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.

Bildirilib ki, vida mərasimi bu gün axşam Tehranda başlayacaq və 3 gün 24 saat fasiləsiz davam edəcək.

Vida mərasimi yerli vaxtla saat 22:00-da İmam Xomeyni Müsəllasında başlayacaq.

Qeyd edək ki, Əli Xamneyi İsrailin hava hücumları nəticəsində öldürülüb.

 

Paylaş: