Xəbər axtarın

Son axtarış nəticələri:

Xamneyinin müavini: "İran ABŞ-lə danışıqlar aparmayacaq"

04.03.2026 12:58

“İran ABŞ-la danışıqlar aparmayacaq”.

Primeinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə İranın keçmiş Ali Rəhbəri Ayətullah Seyid Əli Xamneyinin müavini Məhəmməd Moxber yerli televiziyaya müsahibəsində deyib.

ABŞ-lə dialoq üçün heç bir əsasın olmadığını bildirən Məhəmməd Moxberin sözlərinə görə, amerikalılara etimadları yoxdur.

O, 1980–1988-ci illəri əhatə edən İran-İraq müharibəsinə işarə edərək, müharibəni istənilən qədər davam etdirə biləcəklərini bəyan edib.

Moxber ABŞ və İsrailin İslam İnqilabının başlanğıcından bəri İranın parçalanmasına çalışdıqlarını vurğulayıb.

“Amerikalılar İranı ələ keçirmək yox, parçalamaq istəyirlər”, – o qeyd edib.

Paylaş: