Xəbər axtarın

Son axtarış nəticələri:

Xamneyinin oğlu ali lider seçilib - İDDİA

04.03.2026 11:00


İranın öldürülüən ali lideri Ayətullah Əli Xamneyinin 56 yaşlı oğlu Müctəba Xamneyinin onun yerinə seçildiyi barədə məlumat yayılıb.

Primeinfo.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə bəzi xarici KİV-lər bəlumat yayıb.

İddialara görə, İranın ruhanilərdən ibarət Espertlər Şurası SEPAH-ın təzyiqi ilə Müctəba Xamneyinin ali lider seçilməsinə qərar verib.

Amma Müctəba Xamneyinin İranın yeni ali lideri seçilməsinin hələlik rəsmi təsdiq yoxdur.

O, 17 yaşında İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) qoşulub və İran-İraq müharibəsində 27-ci “Muhəmməd Rəsulullah” diviziyasında döyüşüb.

1999-cu ildə Qum şəhərindəki dini seminariyada təhsil alıb. Onun formalaşmasında sərt xətt tərəfdarı olan ayətullahlar, o cümlədən Məhəmməd Təqi Məsbah-Yəzdi mühüm rol oynayıb. Sonradan o, ali rəhbərin Ofisində fəaliyyətə başlayıb və atası tərəfindən sistemin idarə olunmasına hazırlanıb.

Qeyri-rəsmi məlumatlara görə, Müctəba İrandakı son etirazların yatırılmasında birbaşa rol oynayıb və təhlükəsizlik qüvvələrini daha sərt tədbirlərə təşviq edib.

Müctəba Xamneyi atasının ideoloji xəttini – mütləq vilayəti-fəqih prinsipini və inqilabın ixracını – dəstəkləyən şəxs kimi tanınır.

İddialara görə, SEPAH üzərində mütləq nəzarət də Müctəba Xamneyinin əlindədir. Məlumatlara görə, SEPAH daxilində əsas şəbəkə Müctəba Xamneyiyə sadiqdi. Onun “Bəsic” yarımhərbi dəstəsinin də nəzarətini öz əlində saxladığı deyilir.

Xatırladaq ki, İranın ali rəhbəri Ayətullah Xamneyi fevralın 28-də ABŞ və İsrailin hava hücumları nəticəsində öldürülüb.

Paylaş: