ABŞ İranla planlaşdırılan danışıqlar ərəfəsində Yaxın Şərqdə hərbi mövcudluğunu artırır.
Primeinfo.az Musavat.com-a istinadən xəbər verir ki, The Wall Street Journal nəşrinin yaydığı məlumata görə, regiona əlavə qırıcı təyyarələr və hücum aviasiyası göndərilib. Yaxın günlərdə isə təxminən 2 minə qədər hərbçinin bölgəyə çatdırılması gözlənilir.
Məlumata əsasən, bu addım həm mümkün risklərə qarşı hazırlıq, həm də danışıqlar prosesində Vaşinqtonun mövqeyini gücləndirmək məqsədi daşıyır. ABŞ-nin paralel şəkildə həm diplomatik, həm də hərbi addımlar atması bölgədə onsuz da yüksək olan gərginliyi daha da artırır.