Xəbər axtarın

Son axtarış nəticələri:

Azərbaycanda TikTok istifadəçilərinə YENİ QAYDA

02.04.2026 17:32

“TikTok” platformasında Azərbaycanla bağlı yenilik tətbiq edilib.

Primeinfo.az Trend.az-a istinadən xəbər verir ki, artıq paylaşım edən istifadəçilərə Azərbaycan qanunvericiliyinin tələblərini nəzərə almaq tövsiyə olunur.

Bildirilib ki, sosial şəbəkədə cəmiyyətə açıq şəkildə hörmətsizlik ifadə edən paylaşımlar edən bir sıra şəxslər məsuliyyətə cəlb olunub.

Qeyd edək ki, qanunvericiliyə edilən son dəyişikliklərə əsasən, sosial şəbəkələrdə cəmiyyətə qarşı açıq hörmətsizlik ifadə edən paylaşımların edilməsi qadağandır.

Paylaş: