Xəbər axtarın

Son axtarış nəticələri:

Cevdet Yılmaz Prezidentə təşəkkür etdi

02.04.2026 13:51

Kipr türk xalqının haqlı işinə göstərdikləri güclü dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm.

Primeinfo.az xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Baş nazirlərinin Bakı görüşündə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz deyib.

“Bu gün Şimali Kipr Türk Respublikasının Baş naziri, təşkilatımızın müşahidəçi üzvü cənab Ünal Üsteli bizimlə birlikdə görməkdən çox məmnunuq. Kipr türk xalqının haqlı işinə göstərdikləri güclü dəstəyə görə Prezident İlham Əliyevə və Baş nazir Əsədova təşəkkürümü bildirmək istəyirəm. Strateji mövqeyinə malik Kipr adası bu gün bölgədəki son hadisələr fonunda daha da əhəmiyyətli hala gəlib. Buna görə də, biz KKTC-ni bu coğrafiyada türk dünyasının ortaq varlığını və ortaq maraqlarını təmsil edən bir element kimi qəbul etməliyik. Bu kontekstdə, Ailə Məclisimizin bütün dəyərli üzvlərini KKTC ilə siyasi, iqtisadi və mədəni əlaqələrini gücləndirməyə, əlaqələrini artırmağa və beynəlxalq ictimaiyyətdə haqlı işlərinə dəstək olmağa dəvət edirəm”,- deyə o bildirib.

Paylaş: