Xəbər axtarın

Son axtarış nəticələri:

İran atəşkəsin uzadılması üçün şərtini AÇIQLADI

22.04.2026 18:18

İran atəşkəsin uzadılması üçün şərtini AÇIQLADI

ABŞ ilə İran arasında atəşkəs rejimi yalnız İsrail ilə Livan arasında da atəşkəs təmin olunacağı halda qüvvədə qalacaq. Bu, İslam Respublikasının irəli sürdüyü şərtlərdən biridir.

Primeinfo.az xəbər verir ki, bunu İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani bildirib.

“İrəli sürdüyümüz şərtlərdən biri ondan ibarətdir ki, atəşkəs rejimi Livan da daxil olmaqla bütün regiona şamil edilməlidir”, — deyə onun sözlərini SNN telekanalı sitat gətirir.

İrəvani həmçinin bildirib ki, İran ABŞ ilə münaqişəni həm diplomatik, həm də hərbi yolla həll etməyə hazırdır.

“Əgər onlar danışıqlar masasına oturmaq istəsələr, biz hazırıq, amma müharibə yolunu seçsələr, İran da buna hazırdır”, – deyə diplomat qeyd edib.

Paylaş: