
İran hökuməti hərbi münaqişəyə son qoymaq üçün Vaşinqtonla danışıqlara hazır deyil.
Primeinfo.az xəbər verir ki, ABŞ-nin bir neçə kəşfiyyat qurumu son günlər bu qənaətə gəlib.
“The New York Times” nəşrinin yazdığına əsasən, Tehran mövcud qarşıdurmada özünü güclü mövqedə hesab edir və Vaşinqtonun diplomatik tələblərini yerinə yetirməyə məcbur olmadığını düşünür.
Qeyd olunur ki, İran hökuməti ABŞ tərəfinə etibar etmir və ABŞ Prezidenti Donald Trampın danışıqlarda səmimi maraq göstərdiyinə inanmır.
Buna baxmayaraq, Tehran tərəfinin əlaqə kanallarını açıq saxlamağa hazır olduğu vurğulanır.