
İranın keçmiş xarici işlər naziri Kamal Xarazi çərşənbə günü Tehranda baş verən təyyarə hücumu nəticəsində ağır yaralanıb, həyat yoldaşı isə ölüb.
Primeinfo.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Shargh”, “Etemad” və “Ham Mihan” qəzetləri məlumat yayıb. Bildirilib ki, Tehranda yerləşən evi çərşənbə günü ABŞ və İsrail tərəfindən endirilmiş hava hücumunun hədəfi olub. Həmin mənbələrin məlumatına əsasən, Xarazi ağır yaralanaraq xəstəxanaya yerləşdirilib, həyat yoldaşı isə ölüb.
Xarazi Nyu-Yorkda İranın BMT-dəki səfiri vəzifəsində çalışdıqdan sonra 1997-ci ildən 2005-ci ilədək islahatçı prezident Məhəmməd Xatəminin dövründə xarici işlər naziri olub.