Xəbər axtarın

Son axtarış nəticələri:

"Həmişəlik müharibə etmək niyyətindəsiniz?" - Pezeşkiandan ŞOK AÇIQLAMA

18.05.2026 17:37

"Həmişəlik müharibə etmək niyyətindəsiniz?" - Pezeşkiandan ŞOK AÇIQLAMA

İran Prezidenti Məsud Pezeşkian Tehranın ABŞ ilə danışıqlara qarşı olan şüarlarını rədd edərək, dialoqun ləyaqətlə aparılmalı olduğunu bildirib.

Primeinfo.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı Pezeşkianın mətbuat xidməti yayıb.

Hökumətin ictimaiyyətlə əlaqələr xidmətlərinin əməkdaşları ilə görüşü zamanı Pezeşkian belə bir sual ünvanlayıb:

“Əgər siz danışıqlar aparmaq istəmirsinizsə, bu, o deməkdir ki, həmişəlik müharibə etmək niyyətindəsiniz?”

Eyni zamanda, Pezeşkian cəmiyyəti dürüst məlumatlandırmağa çağıraraq, İranın çiçəkləndiyini, düşmənin isə məhv olduğunu iddia etməyin yanlış olduğunu vurğulayıb.

“Onların da çətinlikləri var, bizim də öz problemlərimiz mövcuddur”, – deyə o qeyd edib.

Dövlət başçısı İranda enerjidən yüksək istifadənin həm yay, həm də qış aylarında fəsadlar yarada biləcəyi barədə xəbərdarlıq edib. O bildirib ki, ölkənin gündəlik benzin ehtiyacı 150 milyon litr təşkil etdiyi halda, istehsal gücü cəmi 100 milyon litrdir.

Paylaş: