Xəbər axtarın

Son axtarış nəticələri:

İran Prezidenti: “Ali liderin razılığı olmadan heç bir qərar qəbul edilmir”

24.05.2026 18:45

İran Prezidenti: “Ali liderin razılığı olmadan heç bir qərar qəbul edilmir”

İran Prezidenti Məsud Pezeşkian böhran və təhdidlərin öhdəsindən gəlməkdə milli birliyin ölkənin ən mühüm aktivi olduğunu bəyan edib. O, İranda İslam İnqilabının rəhbərinin icazəsi olmadan heç bir qərarın qəbul edilmədiyini vurğulayıb.

Primeinfo.az xəbər verir ki, bu barədə Tasnim agentliyi məlumat yayıb.

İran İslam Respublikasının Səda və Sima (IRIB) teleradio şirkətinin rəhbəri ilə görüşü zamanı Pezeşkian bildirib ki, çətin dövrlərdə ölkədə sabitlik xalqın, eləcə də dövlət idarəetmə sütunlarının həmrəyliyi və qarşılıqlı anlaşması sayəsində təmin edilib.

Prezident hazırda İranın əsas qayğısının hərbi məsələlər olmadığını qeyd edib
“Bu gün İranın əsas qayğısı müharibə, raketlər və ya bombardmanlar deyil, sabitliyin, səmimiyyətin və sosial birliyin qorunub saxlanılmasıdır. Çoxsaylı çağırışlara baxmayaraq, parçalanma və ixtilaflardan qaçmaq üçün bir çox məsələləri gündəmə əsələlərindən qat-qat mühümdür”.

İran Prezidenti hər zaman Ali liderin baxışlarına zidd olan hər hansı fikirdən, yaxud hakimiyyət strukturunda ixtilaf yarada biləcək və düşmən tərəfindən istifadə ediləcək mövqelərdən uzaq durmağa çalışdığını vurğulayıb:

“İranda heç bir qərar Ali Milli Təhlükəsizlik Şurasının çərçivəsindən kənarda və Ali lider Ayətullah Seyid Müctəba Xameneinin koordinasiyası və icazəsi olmadan qəbul edilmir”.

Məsud Pezeşkian əlavə edib ki, diplomatiya sahəsində hər hansı bir qərar qəbul olunduqdan sonra bütün dövlət təsisatları, platformalar və siyasi cərəyanlar İslam Respublikasının dünyada vahid səsini nümayiş etdirmək üçün həmin qərarı dəstəkləməlidir.

Paylaş: