
ABŞ prezidentinin böyük oğlu – Donald Tramp (kiçik) yenidən evlənir. Onun toy mərasimi bu həftəsonu Baham adalarındakı kiçik bir adada baş tutacaq.
Primeinfo.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Bildirilib ki, oğul Tramp model Bettina Andersonla ailə həyatı qurur. Prezident Donald Trampın övladının toyunda iştirak etməyəcəyi qeyd olunur. Jurnalistlərin suallarını cavablandırarkən prezident mərasimə qatılmağa çalışacağını bildirsə də, bunun onun üçün ən uyğun vaxt olmadığını, hər kəsin İran və digər məsələlərdən danışdığını qeyd edib.
Toya yalnız cütlüyün yaxın qohumları və dostları, yəni 50 nəfərdən çox olmayan qonaq dəvət edilib.
Qeyd edək ki, oğul Donald Tramp və Bettina Andersonun nişanlanması barədə məlumat 2025-ci ildə yayımlanıb. Daha əvvəl isə o, Vanessa Heydon ilə evli olub. Onlar 12 il birlikdə yaşayıb və 2018-ci ildə boşanıblar. Cütlüyün beş övladı var.