
“Ukrayna ordusu dayanmır və müharibənin fəlsəfəsini dəyişir. Ukrayna hazırda sadəcə özü üçün deyil, eyni zamanda bütün dünya üçün savaşır. Ona görə bütün dövlətlər Kiyevi dəstəkləməlidirlər. Hesab edirəm ki, bu gün ABŞ başda olmaqla, aparıcı qərb dövlətləri Ukraynanın yanındadır”.
Primeinfo.az xəbər verir ki, bu sözləri keçmiş maliyyə naziri Fikrət Yusifov Prime TV-nin “Qırmızı masa” verilişində bildirib.
“Rusiya işğalçı müharibəyə başlayanda düşünmürdü ki, illər sonra bu qədər məşəqqətlə üz-üzə qalacaq. Faktiki olaraq hazırda Rusiya nə edəcəyini bilmir”, – deyə o əlavə edib.
Davamı “Qırmızı masa”da: