Xəbər axtarın

Son axtarış nəticələri:

TƏCİLİ: Tramp və Pezeşkian ANLAŞMA MEMORANDUMU imzaladılar - FOTO - VİDEO

18.06.2026 10:32

TƏCİLİ: Tramp və Pezeşkian ANLAŞMA MEMORANDUMU imzaladılar - FOTO - VİDEO

Donald Tramp və Məsud Pezeşkian ABŞ və İran arasında atəşkəs barədə anlaşma memorandumu imzalayıblar.

Primeinfo.az xəbər verir ki, 14 maddəlik razılaşma, hər iki tərəfin daimi atəşkəs barədə danışıqlar aparmasına imkan vermək üçün aprel ayında elan edilmiş atəşkəsi, o cümlədən Livanda daha 60 gün uzadır.

ABŞ və İran rəsmilərinin sözlərinə görə, Tramp və Pezeşkian memorandumu ingilis və fars dillərində elektron şəkildə imzalayıblar.

İran Xarici İşlər Nazirliyi razılaşmanın gecədən qüvvəyə mindiyini açıqlayıb.

ABŞ lideri sənədi Birinci Dünya Müharibəsinə rəsmi olaraq son qoyan Versal Müqaviləsinin imzalandığı Versal Sarayında imzalayıb. O, Vaşinqton və Tehran arasında qarşılıqlı anlaşma memorandumunun imzalandığını təsdiq edib. “Bəli, o imzalanıb”, – deyə Fransa Prezidenti Emmanuel Makronla Versal sarayındakı görüşündən sonra bildirib.

“Mən onu Versalda imzaladım”, – deyə Tramp vurğulayıb.

Qeyd edək ki, daha öncəki açıqlamasında Bəqai ABŞ-la anlaşma memorandumunu İran və ABŞ prezidentlərinin imzalaya biləcəyini bəyan etmişdi.

“Bazar günü qarşılıqlı anlaşma memorandumu ABŞ-nin vitse-prezidenti Cey Di Vens və İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf tərəfindən elektron formada imzalanmışdı. İndi isə onu Tramp və Pezeşkian imzalayıblar”, – “NewsNation” telekanalının müxbiri Kelli Meyer ABŞ rəsmisinə istinadla məlumat verib.

Paylaş: