Xəbər axtarın

Son axtarış nəticələri:

Tramp: "İranda xalqın əziyyət çəkməyini istəmirik"

11.06.2026 21:30

Tramp: "İranda xalqın əziyyət çəkməyini istəmirik"

İranı bu gecə bombardman edəcəyik, lakin elektrik stansiyalarına və körpülərə zərbə endirmək istəmirik.

Primeinfo.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Fox News”a müsahibəsində deyib.

“Bu gecə daha çox bombardman olacaq. Daha böyük olacaq — daha böyük, daha güclü”, — o bildirib.

Tramp ABŞ-ın İranda elektrik stansiyalarına və körpülərə hücum edib-etməyəcəyi məsələsinə də aydınlıq gətirib.

“Mən bunu etməməyi üstün tutaram, çünki bunu etdikdən sonra əziyyət çəkən xalq olur”, – o əlavə edib.

Paylaş: