Xəbər axtarın

Son axtarış nəticələri:

"İsrail və İran atəşi dərhal dayandırmalıdır" - Trampdan ÇAĞIRIŞ

08.06.2026 15:10

"İsrail və İran atəşi dərhal dayandırmalıdır" - Trampdan ÇAĞIRIŞ

ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqdə eskalasiya fonunda İsrail və İrana çağırış edib.

Primeinfo.az xəbər verir ki, o, bu barədə “Truth Social”da yazıb.

Tramp qeyd edib ki, İsrail və İran atəşi dərhal dayandırmalıdır.

Qeyd edək ki, iyunun 7-də İsrail Livana hücum edib, bundan sonra İran İsraili qisas almaqla hədələyib. Həmin axşam və gecə Tehran İsrailə raket zərbələri endirib. İsrail Müdafiə Qüvvələri bildirib ki, İsrail ordusu İrandakı strateji müdafiə sistemlərinə zərbə endirib.

Paylaş: