Xəbər axtarın

Son axtarış nəticələri:

Türkiyəli nazir: "Azərbaycan regional enerji təhlükəsizliyinə töhfə verəcək"

01.06.2026 17:23

Türkiyəli nazir: "Azərbaycan regional enerji təhlükəsizliyinə töhfə verəcək"

Azərbaycan gələcəkdə təkcə neft və təbii qazla deyil, elektrik enerjisi ilə də regional enerji təhlükəsizliyinə töhfə verəcək.

Primeinfo.az xəbər verir ki, bunu 31-ci Bakı Enerji Forumunda çıxışı zamanı Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib.

O qeyd edib ki, Bakı Enerji Forumu enerji təhlükəsizliyi və enerji böhranlarının müzakirəsi baxımından mühüm platformadır və tədbirə yüksək səviyyəli iştirak Azərbaycanın regionun enerji təhlükəsizliyində oynadığı rolu bir daha nümayiş etdirir.

Alparslan Bayraktarın sözlərinə görə, TANAP və Bakı–Tbilisi–Ceyhan kimi layihələrdə olduğu kimi, yaşıl enerji sahəsində də Azərbaycan-Türkiyə əməkdaşlığı yeni mərhələyə çıxır.

“Türkiyə təxminən 60 mlrd. kubmetr təbii qaz istehlak edən ölkədir. Azərbaycanın qazı uzun illərdir bizim ən mühüm təchizat mənbələrimizdən biridir. Gələcək dövrdə burada hasil olunan daha çox qazın Türkiyəyə, eləcə də Avropaya nəqli mümkün ola bilər”, – deyə nazir vurğulayıb.

O əlavə edib ki, tərəflər bununla bağlı müvafiq razılaşmalar imzalayıblar.

Paylaş: