
Rusiya Silahlı Qüvvələri Kiyev şəhərinə kütləvi raket və pilotsuz uçuş aparatları ilə hücum edib.
Primeinfo.az məlumatına görə, hücum nəticəsində 7 nəfər həlak olub, 24 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hücum zamanı paytaxtda güclü partlayışlar baş verib. Qoloseyev rayonunda hərbi anbarlardan birinə zərbə endirildikdən sonra ərazidə tüstü müşahidə olunub. Son dəqiqələr ərzində Kiyev istiqamətinə “Kalibr”, “Geran”, “Sirkon” və “İsgəndər” tipli raketlər buraxılıb.
Kiyev Su Elektrik Stansiyası ərazisinə və Çerniqov şəhərinə də zərbələr endirildiyi bildirilir.
Kiyev meri Vitali Kliçko bildirib ki, hücum nəticəsində Podol və Qoloseyev rayonlarında dağıntılar qeydə alınıb. Podol rayonunda yaşayış binası qismən dağılıb, xəsarət alanlar var. Bundan başqa, dağıntılar həmin rayonda yerləşən qaraj kooperativinin ərazisinə də düşüb.

