Xəbər axtarın

Son axtarış nəticələri:

TƏCİLİ: Dəməşqdə Makronun qaldığı hotelin yaxınlığında PARTLAYIŞLAR - VİDEO

07.07.2026 12:03

TƏCİLİ: Dəməşqdə Makronun qaldığı hotelin yaxınlığında PARTLAYIŞLAR - VİDEO
Bu gün Dəməşqdə, Suriyada səfərdə olan Fransa Prezidenti Emmanuel Makronun qaldığı “Four Seasons” hotelinin yaxınlığında iki partlayış baş verib.

Primeinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə “Al-Arabiya” məlumat yayıb.

Bildirilib ki, partlayışların səbəbləri məlum deyil.

Eyni zamanda, qeyd edilib ki, Makronun korteji partlayışdan qısa müddət əvvəl hoteli tərk edib və danışıqlar üçün Suriya Prezidenti Əhməd əş-Şaraanın iqamətgahına yollanıb.

Hələ ki zərərçəkənlər barədə məlumat yoxdur, həmçinin heç bir təşkilat məsuliyyəti öz üzərinə götürməyib.

“Reuters” agentliyinin məlumatına görə, partlayıcı qurğular işə salınıb. Hazırda hadisə yerinin ətrafındakı bütün yollar bağlanıb, təhlükəsizlik tədbirləri görülüb.

Qeyd edək ki, Fransa Prezidenti ötən gün axşam Dəməşqə rəsmi səfər edib.

Paylaş: