Xəbər axtarın

Son axtarış nəticələri:

Xamneyi: "Tezliklə Ərəb dənizi də düşmən qüvvələrindən təmizlənəcək"

28.09.2026 16:41

Xamneyi: "Tezliklə Ərəb dənizi də düşmən qüvvələrindən təmizlənəcək"

İranın Ali Rəhbəri Ayətullah Seyid Müctəba Xamneyi “Müqəddəs Müdafiə” həftəsi münasibətilə müraciət yayımlayıb.

Primeinfo.az “Tasnim”ə istinadən xəbər verir ki, Müctəba Xamneyi müraciətində İranın cənubunda yerləşən dənizlərdə ABŞ və digər xarici qüvvələrin fəaliyyətinə toxunub.

Onun sözlərinə görə, əvvəllər İranın cənubundakı dənizlər “düşmən qüvvələrinin oyun meydanı” olub.

Xamneyi bildirib ki, Hörmüz boğazını müdafiə edən qüvvələrin zərbələrindən sonra xarici qüvvələr Ərəb dənizindən bu tərəfə keçməyə cəsarət etmirlər.

“Onlar nə vaxt belə riskə gediblərsə, bunun zərərini özləri çəkiblər. Yaxın günlərdə Ərəb dənizinin də onlardan təmizlənəcəyi gün gələcək”, – İranın Ali Rəhbəri qeyd edib.

Paylaş: