Xəbər axtarın

Son axtarış nəticələri:

İsrail ABŞ-nin bu tələbini qəbul etdi

11.04.2026 11:13


İsrailin ABŞ-nin Beyruta hücumların dayandırılması tələbi ilə razılaşdığı bildirilir.

Primeinfo.az xəbər verir ki, bu barədə “Haaretz” qəzeti İsrail diplomatik mənbəyinə istinadən xəbər yayıb.

Mənbənin sözlərinə görə, Təl-Əviv administrasiyası Beyrutu hədəf almamaq barədə Vaşinqtonun tələbini qəbul edib və hazırda şəhər daxilində əhəmiyyətli hərbi hədəf görmür.

Digər bir İsrail mənbəsi isə bildirib ki, İran Livanda atəşkəsin əldə olunması üçün ciddi təzyiq göstərir və əgər razılaşma baş tutmasa, prosesdən geri çəkilə biləcəyini bildirib.

Məsələ ilə bağlı İsrail rəsmiləri hələlik rəsmi açıqlama verməyib.

Paylaş: