Xəbər axtarın

Son axtarış nəticələri:

Cəlilabadda 9 ildir axtarılan qadın öldürülübmüş - Qalıqları TAPILDI

13.11.2025 13:42

Cəlilabad rayonunda 2016-cı ildə itkin düşən 1982-ci il təvəllüdlü Xəlilova Xəyalə Ramiz qızının qətlə yetirildiyi məlum olub.

Primeinfo.az DİN-ə istinadən xəbər verir ki, polis və Penitensiar Xidmət əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlinin əvvəllər məhkum olunmuş 1997-ci il təvəllüdlü Eynullayev Elnur Nizami oğlu tərəfindən törədilməsi müəyyən olunub.

O, hadisəni Göytəpə qəsəbəsində istifadəsiz tikilidə törədib və meyiti həmin ərazidə basdırıb. Meyitin qalıqları aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Araşdırmalar davam etdirilir.

 

Paylaş: