
“İran Qafqaz ölkələrini çıxmaq şərti ilə ətrafında olan ölkələrin demək olar ki, hamısına zərbələr endirib. Hətta İran Oman ərazisinə də zərbə endirib hansı ki, Oman vasitəsilə ABŞ ilə danışıqlar aparırdı. Bu müharibədə İranın qalib gəlmək şansı yoxdur”.
Primeinfo.az xəbər verir ki, bu sözləri hərbi ekspert Ədalət Verdiyev Prime TV-nin “Qırmızı masa” verilişində bildirib.
“İranın qalib gəlmək şansı ona görə yoxdur ki, əvvəla, müharibə İran ərazisində gedir. İkincisi, ABŞ bu müharibəyə öz potensialının az qismini cəlb edib. Bütün bunları nəzərə aldıqda İranın qalib gəlməsi müzakirə mövzusu deyil”, – deyə o əlavə edib.
Davamı “Qırmızı masa”da: