Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: abş

Rəşad Nəbiyev ABŞ nümayəndələri ilə görüşüb

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ABŞ-nin müvəqqəti işlər vəkili Emi Karlon və ABŞ Dövlət Departamentinin Siyasətin Planlaşdırılması Ofisinin baş müşaviri Conatan Askonas ilə görüşüb. Primeinfo.az xəbər verir ki, görüşdə qarşı tərəfə Orta Dəhlizin inkişafı üçün Azərbaycan tərəfindən görülmüş işlər barədə məlumat verilib. Bu istiqamətdə, eləcə də Zəngəzur dəhlizi ilə bağlı iki ölkə arasında əməkdaşlıq məsələləri müzakirə olunub.

Zelenskidən Trampın planına reaksiya: "Ukraynaya sülh lazımdır"

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidentinin 28 maddəlik sülh planına münasibət bildirib. Primeinfo.az Modern.az-a istinadən xəbər verir ki,  o, “Teleqram”da etdiyi paylaşımda Ukraynanın real sülhə can atdığını deyib və sülh prosesini pozmağa cəhd etməyəcəyinə əmin edib. Zelenski qeyd edib ki, ABŞ nümayəndələri ilə görüşüb və ABŞ tərəfi öz təkliflərini – müharibəyə son qoymaq üçün planın bəndlərini təqdim edib.

Zelenski ABŞ-dən sülh sazişi layihəsi aldı

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-dən Rusiya‑Ukrayna müharibəsinin sülh yolu ilə başa çatdırılmasına dair saziş layihəsini alıb. Primeinfo.az xəbər verir ki, bunu Ukrayna liderinin Ofisi “Telegram” kanalında bəyan edib. “Ukrayna Prezidenti rəsmi olaraq ABŞ tərəfindən diplomatiyanı aktivləşdirə biləcək plan layihəsini alıb”, – deyə məlumatda qeyd olunur.

Partiya sədri: “Rusiyaya qarşı sanksiyalarınız haradadır?” – VİDEO

“İstər hərbi, istərsə də diplomatik, hüquqi və siyasi müstəvidə Rusiyaya ciddi zərbələr vurulmalıdır”. Primeinfo.az xəbər verir ki, bu barədə Ədalət Partiyasının sədri Mütəllim Rəhimov Prime TV-nin “Qırmızı masa” verilişində bildirib. Rusiya-Ukrayna savaşını şərh edən partiya sədrinin fikrincə, dünya ölkələri Rusiyaya qarşı bütün sahələrdə sanksiyalar tətbiq etməlidir: “Amma bunların heç biri olmur.

ABŞ Ukraynanın öz ərazilərindən imtina etməsini təklif edib

ABŞ Ukrayna Prezidenti Volodimir Zelenskiyə Rusiya ilə münaqişəyə son qoymaq üçün Vaşinqton tərəfindən hazırlanmış çərçivə planını qəbul etməyi təklif edib. Primeinfo.az-ın məlumatına görə, bu barədə “Reuters”ə iki mənbə bildirib. Onların fikrincə, plan layihəsi digər məsələlərlə yanaşı, Kiyevin bəzi əraziləri və müəyyən silah növlərini verməsini, həmçinin Ukrayna Silahlı Qüvvələrinin sayının azaldılmasını nəzərdə tutur.

Bu ölkələr enerji sahəsində 30 milyard dollarlıq sazişlər imzalayacaq

Səudiyyə Ərəbistanı ABŞ ilə enerji sahəsində 30 milyard dollarlıq sazişlər imzalamağı planlaşdırır. Primeinfo.az-ın “Al Arabia”ya istinadən verdiyi məlumata görə, bunu Vaşinqtonda keçirilən ABŞ–Səudiyyə Ərəbistanı investisiya forumunda milli neft şirkəti “Saudi Aramco”nun baş direktoru Amin Nasser bəyan edib. Onun sözlərinə görə, “Saudi Aramco” ABŞ-də investisiya portfelini genişləndirməyə davam edir, şirkətin vençur bölməsi isə Amerika iqtisadiyyatına 1,5 milyard dollar yatırıb.