HAMAS Qəzzanın idarəçiliyini təhvil vermək üçün bütün lazımi prosedurları tamamlayıb. Primeinfo.az “Al Jazeera“ kanalına istinadən xəbər verir ki, bunu HAMAS-ın sözçüsü Hazem Qassem bildirib. Onun sözlərinə görə, HAMAS idarəçiliyi Qəzzada Milli Hökumətin ixtiyarına verməyə hazırdır.
İran Prezidenti Məsud Pezeşkian ABŞ-la nüvə danışıqlarının başladılmasına göstəriş verib.
İrana məxsus kəşfiyyat pilotsuz təyyarəsi bazar günü Oman körfəzi üzərində uzun uçuş həyata keçirib. Primeinfo.az xəbər verir ki, bu barədə “Flightradar24” resursu məlumat yayıb. Eyni zamanda, ABŞ-ın Yaxın Şərqdəki Mərkəzi Komandanlığı (CENTCOM) İran ordusuna xəbərdarlıq edib.
ABŞ-də saxlanılan azərbaycanlı alim Şövqi Hüseynov sərbəst buraxılıb. “Qafqazinfo” xəbər verir ki, o bu haqda feysbuk hesabında paylaşım edib: “Bütün sənədlərim leqal və öz yerində olduğu üçün bu gün evimdəyəm. Minlərlə e-mail almışam.
Serbiya Prezidenti Aleksandr Vuçiç növbəti 48 saat ərzində ABŞ-nin İrana zərbə endirəcəyinə inandığını bildirib.
ABŞ prezidenti Donald Tramp 2016-cı il prezident seçkilərində qələbə qazanmaq üçün guya Rusiya ilə əməkdaşlıq etməsi barədə onun ünvanına irəli sürülmüş saxta ittihamlara görə, ABŞ-nin sabiq prezidenti Barak Obamanın həbsinə çağırıb. Primeinfo.az xəbər verir ki, bu barədə cümə günü “The American Conservative” jurnalı məlumat yayıb. Məlumata görə, Ağ Evin rəhbəri iddia edir ki, Obama 2016-cı il seçkilərinin gedişi ilə bağlı yalan kəşfiyyat məlumatlarının saxtalaşdırılması üçün Mərkəzi Kəşfiyyat İdarəsinə şəxsən göstəriş verib.
ABŞ-ın İrana qarşı hərbi təcavüzü yalnız iki ölkə arasında müharibə ilə məhdudlaşmayacaq, regional miqyaslı genişmiqyaslı münaqişəyə çevriləcək.
ABŞ Prezidenti Donald Tramp İranın Vaşinqton üçün məqbul bir razılaşma əldə edəcəyinə ümid etdiyini bildirib. Primeinfo.az xəbər verir ki, Amerika lideri bu barədə Floridaya gedərkən jurnalistlərə açıqlama verib. “Ümid edirəm ki, onlar məqbul bir şeylə bağlı razılığa gələ biləcəklər”, – o vurğulayıb.
ABŞ Prezidenti Donald Tramp Meksikanın Kuba Prezidenti Klaudiya Şeynbaumla söhbətindən sonra Kubaya neft tədarükünü dayandırdığını bildirib. Primeinfo.az xəbər verir ki, o, bunu Floridaya uçuşu zamanı təyyarəsində jurnalistlərə bildirib. “Meksika prezidenti Şeynbaum çox mehriban idi.
Rusiya Prezidentinin Xarici Ölkələrlə İnvestisiya və İqtisadi Əməkdaşlıq üzrə Xüsusi Nümayəndəsi Kirill Dmitriyev prezident administrasiyasının üzvləri ilə görüşlər keçirmək üçün ABŞ-a gedəcək. Primeinfo.az xəbər verir ki, Reuters Agentliyin məlumatına görə, Dmitriyev ABŞ administrasiyasının rəsmiləri ilə danışıqlar aparmaq üçün 31 yanvar şənbə günü Mayamidə olacaq. Moskva və Kiyev arasında danışıqların yeni mərhələsi ertəsi gün, 1 fevralda Əbu-Dabidə planlaşdırılır.