Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: abş

Zelenski ABŞ-a gedir

ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Vladimir Zelenski ilə 17 oktyabrda görüşəcəyini təsdiqləyib. Primeinfo.az xəbər verir ki, Tramp bu barədə jurnalistlərin suallarını cavablandırarkən deyib. Qeyd edək ki, dünən Ukrayna Prezidenti Vladimir Zelenski də Trampın dəvəti ilə 17 oktyabrda Vaşinqtona səfər edəcəyini bildirmişdi.

Rubio: Qəzzadakı müharibənin hələ sonuna gəlməmişik

ABŞ Dövlət Katibi Marko Rubio, HAMAS-ın ABŞ Prezidenti Donald Trampın Qəzza planına cavab verməsindən sonra verdiyi açıqlamada bildirib ki, “Qəzzadakı müharibə hələ bitməyib, görülməli bir sıra işlər var.” Primeinfo.az APA-ya istinadən xəbər verir ki, o, bunları NBC telekanalında yayımlanan “Meet the Press” proqramında çıxış edərkən söyləyib. Rubio qeyd edib ki, “Qəzzadakı müharibənin hələ sonina gəlməmişik”. Rubio Qəzzadakı girovların azad edilməsinə dair danışaraq deyib: “HAMAS-ın bu məsələdə həqiqətən ciddi olub-olmadığını, bu texniki danışıqların logistika baxımından necə irəlilədiyini çox tez bir zamanda anlayacağıq.” O, ABŞ-ın girovların bir an öncə azad edilməsini istədiyini bir daha vurğulayıb.

Medvedev Putinə işləyən axmaq adamdır - Tramp

ABŞ prezidenti Donald Tramp Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedevi sərt tənqid edib. Primeinfo.az Modern.az-a istinadən xəbər verir ki, Tramp onu “Putinə işləyən axmaq adam” adlandırıb. O bildirib ki, ABŞ-a qarşı nüvə ilə hədələmək qəbuledilməzdir.

Şeyxülislam ABŞ-yə gedir

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə oktyabrın 1-də ABŞ-yə səfər edəcək. Primeinfo.az xəbər verir ki, bu barədə məlumatı QMİ-nin Mətbuat Xidməti yayıb. İsa Məsih sonuncu gün müqəddəsləri kilsəsinin icması və Stirlinq Fondunun dəvəti ilə Yuta ştatına səfər proqramına uyğun olaraq QMİ sədri ştat rəhbərliyi ilə görüşlər keçirəcək, bir sıra tədbirlərdə iştirak edəcək.

Sabah ABŞ hökuməti fəaliyyətini dayandıra bilər

Büdcə ilə bağlı Demokratlar Partiyası ilə yaranmış fikir ayrılıqları səbəbindən ABŞ hökuməti fəaliyyətini dayandıra bilər. Primeinfo.az xəbər verir ki, bu barədə ABŞ vitse-prezidenti Ceyms Di Vens deyib. “Düşünürəm ki, bizi hökumətin bağlanması (şatdaun) gözləyir.

Ankaradan Ərdoğan-Tramp görüşü ilə bağlı açıqlama

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Tramp arasında görüş çox yaxşı keçib. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz deyib. “Deyə bilərəm ki, Türkiyə ilə ABŞ arasında bölgəmizdəki qarşıdurmalardan və müharibələrdən tutmuş qlobal nizamdakı problemlərə, iqtisadi və ticarət məsələlərindən investisiyalardan müdafiə sənayesinə qədər geniş spektrli məsələlərin açıq şəkildə müzakirə edildiyi və xoş niyyət çərçivəsində dəyərləndirildiyi danışıqlar son dərəcə müsbət keçdi”, – o bildirib.