ABŞ Prezidenti Donald Tramp Meksikanın Kuba Prezidenti Klaudiya Şeynbaumla söhbətindən sonra Kubaya neft tədarükünü dayandırdığını bildirib. Primeinfo.az xəbər verir ki, o, bunu Floridaya uçuşu zamanı təyyarəsində jurnalistlərə bildirib. “Meksika prezidenti Şeynbaum çox mehriban idi.
Rusiya Prezidentinin Xarici Ölkələrlə İnvestisiya və İqtisadi Əməkdaşlıq üzrə Xüsusi Nümayəndəsi Kirill Dmitriyev prezident administrasiyasının üzvləri ilə görüşlər keçirmək üçün ABŞ-a gedəcək. Primeinfo.az xəbər verir ki, Reuters Agentliyin məlumatına görə, Dmitriyev ABŞ administrasiyasının rəsmiləri ilə danışıqlar aparmaq üçün 31 yanvar şənbə günü Mayamidə olacaq. Moskva və Kiyev arasında danışıqların yeni mərhələsi ertəsi gün, 1 fevralda Əbu-Dabidə planlaşdırılır.
ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) İranın daxili işlər naziri İskəndər Momeni və ölkənin bir sıra digər məmurlarına qarşı yeni sanksiyaların tətbiq edildiyini bildirib. Primeinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. Sanksiya siyahısına həmçinin iranlı investor Babək Zəncani də daxil edilib.
“Molla rejiminin ağlı olsa sakitcə çıxıb gedər. Bunlar ipə-sapa yatmırlar və öz yollarından əl çəkmirlər”.
“İranın vurulması qaçılmazdır. Çünki bunu qaçılmaz edən birinci növbədə İranın elə özüdür. İran özünün ideyalarından, hərbi proqramlarından, eyni zamanda daxildəki repressiyalardan geri çəkilmir və geri çəkilməyəcək”.
“Hər kəs belə hesab edir ki, Alyaska görüşündə Ukraynanın taleyi həll olunub. Trampla Putin arasında bir razılaşma var. Sadəcə olaraq bu razılaşma mərhələ-mərhələ həyata keçirilməkdədir”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı baş tutub. Primeinfo.az bu barədə “Haber Global”a istinadən xəbər verir. Məlumata görə, telefon danışığı zamanı ikitərəfli münasibətlər və bölgədə artan hərbi gərginlik müzakirə edilib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ ilə Ukrayna arasında təhlükəsizlik sazişinin imzalanması ilə bağlı yayılan məlumatlar haqqında açıqlama verib.
ABŞ Prezidenti Donald Tramp Venesuela üzərindəki hava məkanını kommersiya aviasiyasına açacaq. Primrinfo.az xəbər verir ki, bu haqda TASS məlumat yayıb. “Mən indicə Venesuela Prezidenti Delsi Rodrigeslə danışdım və ona bildirdim ki, biz Venesuela üzərindəki hava məkanını kommersiya aviasiyasına açacağıq”, – o qeyd edib.
Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlon Quba rayonuna səfər çərçivəsində “ABAD Factory” İstehsalat Kompleksinin fəaliyyəti ilə tanış olub. Bu barədə Primeinfo.az-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilir ki, qonağa Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılmış “ABAD” publik hüquqi şəxsin fəaliyyəti barədə məlumat verilib.