ABŞ və İran arasında danışıqların Pakistanın paytaxtı İslamabadda keçirilməsi mümkündür. Primeinfo.az bildirir ki, bu barədə “Axios” xəbər verir. Nəşrin məlumatına görə, vasitəçilər tərəflərin həftənin sonuna doğru İslamabadda görüşünü təşkil etməyə çalışır.
“İran və ABŞ hər hansı danışıqlar aparmır”. Primeinfo.az xəbər verir ki, bunu İslam Respublikasının Prezidenti Məsud Pezeşkian özünün Telegram kanalında bildirib. “ABŞ Prezidentinin açıqlamaları enerji qiymətlərini aşağı salmaq və hərbi planlarını həyata keçirmək üçün vaxt qazanmaq cəhdləri kontekstində verilir”, – deyə o bildirib.
Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ-a səfər edə bilər. Primeinfo.az Belta-ya istinadən xəbər verir ki, Lukaşenkonun ABŞ-a mümkün səfəri onun ABŞ Prezidentinin xüsusi nümayəndəsi Con Koul ilə bu gün keçirilən görüşü zamanı müzakirə olunub. “Biz Prezident Lukaşenkonun ABŞ-a mümkün səfərini müzakirə etdik və bunu təşkil etmək üçün çalışacağıq”, – Con Koul görüşdən sonra jurnalistlərə bildirib.
ABŞ vətəndaşlarını Səudiyyə Ərəbistanını tərk etməyə çağırıb. Primeinfo.az xəbər verir ki, bu barədə ABŞ-ın Səudiyyə Ərəbistanındakı səfirliyinin “X” səhifəsində bildirilib. “ABŞ vətəndaşlarına tövsiyə olunur ki, Səudiyyə Ərəbistanını ticarət reysləri ilə təhlükəsiz şəkildə tərk etsinlər”, – məlumatda qeyd edilib.
ABŞ İranın neft tankerlərinin Hörmüz boğazından keçməsinə mane olmur. Primeinfo.az xəbər verir ki, bu barədə ABŞ maliyyə naziri Skott Bessent CNBC telekanalına müsahibəsində bildirib. “İran gəmiləri artıq yola çıxır və biz bunun baş verməsinə icazə verdik ki, qalan dünya neftlə təmin olunsun.
ABŞ-də Amerika Kinematoqrafiya Sənəti və Elmləri Akademiyası tərəfindən 2025-ci ildə kinematoqrafiya sahəsindəki nailiyyətlərə görə verilən “Oskar-2026” mükafatının qalibləri müəyyənləşib. Primeinfo.az xəbər verir ki, sayca 98-ci olan təqdimat mərasimi ənənəvi olaraq Kaliforniya ştatının Los-Anceles şəhərindəki “Dolbi” teatrında keçirilib. Son 25 ildə ilk dəfə olaraq kateqoriyalar siyahısına yeni bir nominasiya – “Ən yaxşı kastinq” əlavə edilib.
“ABŞ ilə dialoq üçün heç bir səbəb yoxdur, Tehran heç bunun üçün maraqlı da deyil”.
Yəmən strateji əhəmiyyətli Bab əl-Məndəb boğazını ABŞ və İsrail gəmiləri üçün bağlamaqla hədələyib. Primeinfo.az İranın “Press TV” telekanalına istinadən xəbər verir ki, bu haqda Yəmənin yüksək rütbəli hərbi komandiri Abed əl-Səvr bildirib. Qeyd edək ki, Bab əl-Məndəb boğazı Ərəbistan yarımadasının (Yəmən) cənub-qərb hissəsi ilə Afrikanın şimal-şərq hissəsi (Cibuti və Eritreya) arasında yerləşir.
“ABŞ hakimiyyəti İrana qarşı genişmiqyaslı təxribat hazırlayır”.
ABŞ ordusu İranın neft ixracı üçün həyati əhəmiyyət kəsb edən Xarq adasındakı 90-dan çox hərbi hədəfə silsilə zərbələr endirib.