Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: abş

Ankaradan Ərdoğan-Tramp görüşü ilə bağlı açıqlama

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Tramp arasında görüş çox yaxşı keçib. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz deyib. “Deyə bilərəm ki, Türkiyə ilə ABŞ arasında bölgəmizdəki qarşıdurmalardan və müharibələrdən tutmuş qlobal nizamdakı problemlərə, iqtisadi və ticarət məsələlərindən investisiyalardan müdafiə sənayesinə qədər geniş spektrli məsələlərin açıq şəkildə müzakirə edildiyi və xoş niyyət çərçivəsində dəyərləndirildiyi danışıqlar son dərəcə müsbət keçdi”, – o bildirib.

ABŞ-də atışma: Üç nəfər ölüb, səkkiz nəfər yaralanıb

ABŞ-nin Şimali Karolina ştatının Sautport şəhərində baş verən atışmada üç nəfər ölüb, səkkiz nəfər yaralanıb. Primeinfo.az Oxu.az-a istinadla bildirir ki, bu barədə şəhər administrasiyasının nümayəndəsi Çienn Ketçum “ABC News” telekanalına məlumat verib. Onun sözlərinə görə, insident yaxta klubunun yaxınlığında baş verib.

Gürcüstan Prezidenti: Trampdan cavab gözləyirəm

Gürcüstan Prezidenti Mixail Kavelaşvili ABŞ Prezidenti Donald Trampa Vaşinqtonla Tbilisi arasında münasibətlərin bərpa olunmasını təklif edib. Primeinfo.az xəbər verir ki, bu barədə o, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasına səfərindən sonra danışıb: “Trampa dedim ki, münasibətlərimizə təmiz səhifədən başlamağın vaxtıdır. Onun cavabını gözləyəcəyik”.

Medvedev Zelenski və ABŞ-ı hədələdi

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukrayna Prezidenti Volodimir Zelenskiyə cavab verib. Primeinfo.az xəbər verir ki, Medvedev Rusiyanın Ukraynaya qarşı bomba sığınacağının qoruya bilməyəcəyi silahlardan istifadə edə biləcəyi ilə hədələyib. O, bu barədə sosial şəbəkədə yazıb: “Rusiya bomba sığınacağı heç bir fayda verməyəcək silahlardan istifadə edə bilər.

İsraildən Livana zərbə: ABŞ vətəndaşı və 3 övladı ölüb - FOTO

İsrailin pilotsuz uçuş aparatlarının Livanın cənubuna endirdiyi zərbələr nəticəsində üçü uşaq olmaqla, 5 nəfər ölüb. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, hücum zamanı daha 2 nəfər isə yaralanıb.