Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: abş

Tramp İrana ABŞ qoşunlarının göndərilməsini istisna etməyib

ABŞ Prezidenti Donald Tramp İrana Amerika qoşunlarının yerləşdirilməsi ehtimalını istisna etmədiyini bildirib. Primeinfo.az xəbər verir ki, o, bu barədə “The New York Post” qəzetinə müsahibəsində danışıb. “Mən “quru qoşunları olmayacaq” deyən prezidentlərdən deyiləm.

ABŞ-ın Beyrutdakı səfirliyi amerikalıları Livanı dərhal tərk etməyə çağırıb

ABŞ-ın Beyrutdakı səfirliyi kommersiya uçuşlarının mövcud olduğu müddətdə amerikalılara Livanı dərhal tərk etməyi tövsiyə edib. Primeinfo.az xəbər verir ki, bu barədə “Associated Press“ məlumat yayıb. Məlumata görə, səfirlik ölkədəki təhlükəsizlik vəziyyətinin “qeyri-sabit və proqnozlaşdırılmayan” olduğunu bildirib.

Laricani: "İran uzunmüddətli müharibəyə hazırdır"

ABŞ-dan fərqli olaraq, İran özünü uzunmüddətli müharibəyə hazırlayıb. Primeinfo.az xəbər verir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani “X” hesabında bildirib. O qeyd edib ki, bu müharibəyə İran başlamayıb və ölkənin silahlı qüvvələrimiz müdafiə olunmaqdan savayı heç bir hücum həyata keçirməyib.

ABŞ-ın hərbi bazaları hazır vəziyyətdədir

ABŞ-ın bütün hərbi bazaları yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. Primeinfo.az xəbər verir ki, bu barədə “ABC News” telekanalı ABŞ rəsmisinə istinadən məlumat yayıb. ABŞ rəsmisinin sözlərinə görə, bazalarda “Bravo” rejimi tətbiq olunur ki, bu da birbaşa və ya ehtimal olunan hücum təhlükəsi ilə bağlıdır.

Laricani: “İran ABŞ-la heç bir danışıq aparmayacaq”

İran ABŞ-la heç bir danışıq aparmayacaq. Primeinfo.az xəbər verir ki, bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani “X” hesabında yazıb. Qeyd edək ki, bundan əvvəl “Wall Street Journal”da İranın ABŞ-la danışıqları bərpa etmək üçün müraciət etdiyi barədə xəbər yayılıb.

Ərdoğan: "Türkiyə İran ətrafındakı münaqişənin həllini dəstəkləməyə hazırdır"

  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə telefon danışığında ölkəsinin İran ətrafındakı münaqişənin həlli üçün sülh səylərini dəstəkləməyə hazır olduğunu bildirib. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə liderinin ofisinin yaydığı açıqlamada bildirib. Ərdoğan münaqişənin həlli səyləri kontekstində Türkiyə ilə Aİ arasında sıx koordinasiyanın davam etdirilməsinin vacib olduğunu qeyd edib.

ABŞ “Tomahawk”ları İran səmasında - VİDEO

ABŞ-yə məxsus “Tomahawk” qanadlı raketləri İranın müxtəlif bölgələrində, xüsusilə strateji hərbi obyektlərin üzərində müşahidə olunub. Primeinfo.az “Azad İran” teleqram kanalına istinadla xəbər verir ki, ABŞ ordusu İrandakı hərbi hədəfləri məhv etmək üçün həm havadan, həm də dənizdən kütləvi zərbələr endirir. Məlumata görə, raketlər, əsasən, ABŞ Hərbi Dəniz Qüvvələrinin regiondakı gəmilərindən və sualtı qayıqlarından buraxılır.